8 Yanvar 2016 10:52
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində daş karxanasında qətl hadisəsi törətməkdə təqsirli bilinən Nurəddin Məmmədovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, 2014-cü ilin mayın 25-də Qaradağ rayonu Səngəçal qəsəbəsinin ərazisində yerləşən daş karxanasında Nurəddin Məmmədov münaqişə zəminində orada işləyənlər, Cəlilabad rayon sakinləri Qabil Həsənova və Fəryaz Məmmədova bıçaqlayıb.

Xəstəxanaya yerləşdirilən Fəryaz Məmmədov mayın 26-da orada ölüb, Qabil Həsənova tibbi yardım göstərilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nurəddin Məmmədov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Nurəddin Məmmədov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdiriməsini istəyib. Hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, şikayət təmin edilməyib.

Hacı Zeynalov


Müəllif: