8 Yanvar 2016 15:01
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qax rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon sakini Bəkir Nəsibova və qardaşı Şakirə məxsus yardımçı təsərrüfatlardan 1 baş inək və 1 rəst at oğurlanıb.

Qax Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən rayon sakinləri - Rüstəm Osmanov və əvvəllər məhkum olunmuş Ümidvar Abdulrəhmanov tutulublar.

Hacı Zeynalov


Müəllif: