10 Yanvar 2016 12:55
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyanda 12 yaşlı uşağı it dişləyərək ona xəsarət yetirib.

Hadisə rayonun Arbatan kəndində qeydə alınıb.

Kənd sakini, 12 yaşlı Samir Məhərrəm oğlu Muradov yolda gedərkən küçə itlərinin hücumuna məruz qalıb. İtlərdən biri onun sol budunu dişləyərək xəsarət yetirib. Azyaşlı uşaq dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona quduzluğa qarşı vaksin vurulub./report.az


Müəllif: