11 Yanvar 2016 11:05
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Q.Qarayev prospekti, 119 ünvanında qeydə alınıb.

Həmin ünvanda yerləşən mağazada işləyən Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Səyyaf Dünyamalızadənin cərəyana qoşulmuş mobil telefonu oğurlanıb.

Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayəti törədən Cəlilabad rayon sakini, 1993-cü il təvəllüdlü Afiq Talıbov müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: