11 Yanvar 2016 11:28
385

Bakının Nizami rayonunda soyğunçuluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Q.Qarayev prospekti 39 ünvanını qarşısında törədilib.

Naməlum şəxs Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Məcid Qəniyevin idarə etdiyi “Daewoo” markalı 44 saylı xətt üzrə avtobusdan 24 manat götürərək qaçıb.

Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Əli Səmədov tutulub.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: