11 Yanvar 2016 11:53
483

Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Yusif Əhmədova məxsus S.Rəhimov küçəsi, 190 ünvanında yerləşən mağazadan 35 min 600 manat oğurlanıb.

Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsinin əməkdaşları tərəfindən oğurluğu törədən Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Kənan Məmmədzadə tutulub, ondan maddi sübut kimi 17 min 500 manat götürülüb. Cinayətin digər iştirakçısı Rabil adlı şəxs müəyyən olunub, onun tutulması üçün tədbirlər görülür.

Müəyyən olunub ki, Kənan Məmmədzadə əvvəllər məhkum olunub.


Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: