11 Yanvar 2016 12:55
732

Həbsdə olan teleaparıcı İlham Mirzəyevin vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı ərizəsi təmin edilməyib.

Teleqraf.com xəbər verir ki, İlham Mirzəyevin ərizəsinə Xəzər Rayon Məhkəməsində baxılıb.
17 saylı cəza çəkmə müəssisəsində cəza çəkən İlham Mirzəyev vaxtından əvvəl azadlığa buraxılmasını istəyib. Amma məhkəmə onun istəyinə müsbət cavab verməyib.

İlham Mirzəyevin vəkili məhkəmənin qərarından apelyasiya şikayəti verib. Onun şikayəti baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Əflatun Qasımovun icraatına verilib.

Artıq şikayət üzrə ilkin dinləmə olub və məhkəmə baxışı yanvarın 15-nə təyin edilib.

Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilən İlham Mirzəyev barəsində olan hökmün ləğv edilməsini, bəraət hökmünün çıxarılmasını istəyir.

Bakı Apelyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. Ali Məhkəməyə kasasiya şikayəti verən İlham Mirzəyevin şikayəti qismən təmin edilib və onun cəzası 3 il 6 aya endirib.

Qeyd edək ki, İlham Mirzəyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub.

Hacı Zeynalov


Müəllif: