11 Yanvar 2016 14:19
506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, yanvarın 2-də Rusiya Federasiyası vətəndaşı Ramid Tağıyevə məxsus evdən 10000 ABŞ dolları və 4000 manat dəyərində qızıl əşyalar oğurlanıb.

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən Muğan kənd sakini Əliqismət Dövlətov tutulub.

Hacı Zeynalov


Müəllif: