12 Yanvar 2016 12:11
452

Bakının Yasamal rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Ş.Mehtiyev küçəsi, 81 ünvanında qeydə alınıb.

Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Aydəmir Eldar oğlu Eyvazova məxsus “Hyundai-Santafe” markalı avtomobilin şüşəsini sındırılıb və oradan 4.440 manat dəyərində 4 qutu dərman oğurlanıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsi əməkdaşları tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: