12 Yanvar 2016 13:08
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonunda bədbəxt hadisə baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qusarçay kəndində qeydə alınıb.

Kənd sakini Rasim Hümmətov anbarda un kisələrini boşaldarkən ehtiyatsızlıqdan yıxılıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: