12 Yanvar 2016 14:03
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədi rayonunda üç nəfər intihara cəhd edib.


Teleqraf.com-un Qarabağ bürosunun xəbərinə görə, 3 nəfər yaşayış binasının damına çıxaraq özlərini oradan atacaqlarını bildirib.


Xocavənd və Ağdam rayon sakinləri olduğu deyilən 20-25 yaşlarında üç oğlanı fikrindən daşındırmaq üçün hüquq-mühafizə orqanlarının əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerinə gəliblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları və FHN-nin xilasedicilərinin apardıqları danışıqlardan sonra onları fikirlərindən daşındırmaq mümkün olub.


Xalid Salmanbəyli


Müəllif: