12 Yanvar 2016 14:22
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə şəhərin H.Z.Tağıyev qəsəbəsində qeydə alınıb.

Sumqayıt şəhər sakinləri Amid Cəfərovun idarə etdiyi “Mercedes” markalı avtomobil və Canlar Hüseynovun 3 saylı xətt üzrə idarə etdiyi “İsuzu” markalı avtobus toqquşub.

Nəticədə Amid Cəfərov hadisə yerində ölüb, Canlar Hüseynovun 2 sərnişininə isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: