12 Yanvar 2016 15:20
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində silah-sursatın götürülməsi ilə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində H.Zeynalabdin qəsəbə sakini Seyfəddin Kərimovun evinə baxış zamanı müvafiq sənədləri olmayan “TOZ-63” markalı tüfəngi aşkar edilərək götürülüb.

Daha bir əməliyyatı Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları keçirib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Əsədli kənd sakini Fədai Soltanovun evinə baxış zamanı müvafiq sənədləri olmayan “TOZ-3” markalı ov tüfəngi aşkar edilib.

Hacı Zeynalov


Müəllif: