12 Yanvar 2016 17:08
1 115
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax şəhərində dəhşətli qətl hadisəsi baş verib.

Teleqraf.com-un xəbərinə görə, Yevlax şəhəri 2 saylı musiqi məktəbində müəllimə işləyən 35 yaşlı Ahu Süleymanova məktəbin binası qarşısında qardaşı Veysəl Hüseynov tərəfindən bıçaqlanıb. A. Süleymanova hadisə yerində dünyasını dəyişib.

Qadının 2 azyaşlı övladının olduğu bildirilir. Qətlin səbəbi məlum deyil. Qətli törədən Veysəl Hüseynov həbs edilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

15.55

Yevlax şəhərində dəhşətli qətl hadisəsi baş verib.

Teleqraf.com-un Qarabağ bölgəsi üzrə müxbiri xəbər verir ki, hadisə şəhərin mərkəzində yerləşən məktəblərdən birinin qarşısında qeydə alınıb.

Musiqi müəlliməsi öz qardaşı tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Hadisə yerinə Yevlax rayon prokurorluğu və polis şöbəsinin əməkdaşları gəlib.

Xalid Salmanbəyli


Müəllif: