13 Yanvar 2016 22:51
483
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda oğurluq edən gənclər cinayət məsuliyyətinə cəlb edilib.

Teleqraf.com xəbər verir ki, Binə qəsəbəsində Cəmil Cəbiyevə məxsus mağazadan dam örtüyünü sındırmaqla spirtli içkilər və tütün məmulatları oğurlanıb.

Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 2-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri 1988-ci il təvəllüdlü Zaur Abbasov, 1995-ci il təvəllüdlü Orxan Məmmədov, 1996-cı il təvəllüdlü Murad Məmmədov və 1997-ci il təvəllüdlü Vüsal Məmmədli yaxalanıb.

Hacı Zeynalov


Müəllif: