15 Yanvar 2016 01:51
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlisuda kotecdə yanğın olub.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Qax rayonu, İlisu kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus istirahət mərkəzində ümumi sahəsi 225 kv.m olan birmərtəbəli 4 otaqlı mansard tipli kotecin 2 otağının tavanı və mansardının döşəməsi 50 kv.m sahədə yanıb.

Kotecin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: