15 Yanvar 2016 12:07
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Samux rayonunda oğurluq edən şəxslər cinayət məsuliyyətinə cəlb edilib.

Teleqraf.com xəbər verir ki, Samux Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl rayon sakini Zamin Alışanov və Goranboy rayon sakini Mehman Quliyev tutulublar.

Onlar yanvarın 10-da rayon sakinləri İsrafil Bayramova və Asif Şəfiyevə məxsus yardımçı təsərrüfatlardan 10 baş qoyun oğurlayıblar. Mehman Quliyevin Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə axtarışda olması da müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: