15 Yanvar 2016 12:55
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda qanunsuz olaraq dollar satan şəxslərin barəsində cəza tədbiri görülüb.

Teleqraf.com xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirlərilə Bakı şəhər sakinləri Hüseyn Əliyev, Adil Əliyev və Abşeron rayon sakini Nəcəf Nəcəfov valyuta tənzimi qaydalarını pozduqlarına görə saxlanılıblar.

Onların barələrində İnzibati Xətalar Məcəlləsinin 222.1-ci maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunublar.

Hacı Zeynalov


Müəllif: