8 İyun 2014 23:09
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda mənzildə 2 azyaşlı uşaq köməksiz vəziyyətdə qalıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 2 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunublar.

Xilasedicilər çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olublar. Mənzildə nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil veriliblər.


Müəllif: