15 Yanvar 2016 15:21
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində həbsdə olan teleaparıcı İlham Mirzəyevin vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı ərizəsi təmin edilməsindən verdiyi apelyasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, İlham Mirzəyevin apelyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, İlham Mirzəyevin ərizəsinə Xəzər Rayon Məhkəməsində baxılıb. 17 saylı cəza çəkmə müəssisəsində cəza çəkən İlham Mirzəyev vaxtından əvvəl azadlığa buraxılmasını istəyib. Amma məhkəmə onun istəyinə müsbət cavab verməyib.

İlham Mirzəyevin vəkili məhkəmənin qərarından apelyasiya şikayəti verib. Onun şikayəti baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

Xatırladaq ki, Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilən İlham Mirzəyev barəsində olan hökmün ləğv edilməsini, bəraət hökmünün çıxarılmasını istəyir.
Bakı Apelyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. Ali Məhkəməyə kasasiya şikayəti verən İlham Mirzəyevin şikayəti qismən təmin edilib və onun cəzası 3 il 6 aya endirib.

Qeyd edək ki, İlham Mirzəyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub.

Hacı Zeynalov


Müəllif: