8 İyun 2014 23:26
1 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə qaz balonundan sızma dönərxanada yanğına səbəb olub.

Teleqraf.com Kəpəz TV-yə istinadən məlumat verir ki, hadisə bu gün saat 21 radələrində baş verib. Nəriman Nərimanov prospektində bina 33-ün birinci mərtəbəsində Gəncə şəhər sakini 33 yaşlı Emin Abdullayevə məxsus 3 otaqlı dönərxanada güclü yanğın olub.

Hadisə yerinə Fövqalada Hallar Nazirliyinin Gəncə şəhər Dövlət Yanğından Mühafizə idarəsinin 3 yanğın söndürən avtomobili 21 canlı qüvvəsi cəlb edilib. Yanğın güclü olsada yangın söndürənlər alovun digər binalara keçməsinin qarşısını alıb.

Bildirək ki, ümumi sahəsi 54 kv metr olan 3 otaqlı dönərxanada 1 dəst mətbəxt mebeli, 4 ədəd soyuducu, 6 ədəd stol stul və digər əşyalar tamami ilə yanıb. Yanğının baş verməsinə səbəb qaz balonundan sızma olub. Məlumat üçün bildirək ki, dönərxanada 10 ədəd qaz balonu olub və 3 ədəd qaz balonu sızıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: