8 İyun 2014 23:42
1 237
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmirdə bir nəfər intihara cəhd edib.

Kürdəmir şəhərində 1 nəfər kişinin intihara cəhd etməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Hadisə yerinə əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş qülləyə çıxaraq özünü aşağı atmaq niyyətindədir.


Yanğınsöndürən-xilasedicilər hüquq mühafizə orqanlarının əməkdaşları ilə birlikdə vətəndaşla müvafiq söhbətlər aparıb və bu zaman yaranmış əlverişli şəraitdən istifadə edərək intihara cəhdin qarşısını alıblar.

Qeyd edilən şəxs aidiyyatı üzrə təhvil verilib. Əməliyyat saat 18:20-də başa çatıb./axar/


Müəllif: