15 Yanvar 2016 18:47
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda əcnəbi vətəndaşlar itkin düşüb.

Teleqraf.com xəbər verir ki, “Caspian Marin and Engeinering” MMC şirkətində qaynaqçı işləyənlər – Banqladeş vətəndaşları, 1980-ci il təvəllüdlü Mondal Kamol və 1987-ci il təvəllüdlü Miah Liton evdən gedib qayıtmayıblar.

Hər iki əcnəbi Badamdar qəsəbəsi, 2-ci yeni massiv, ev 106-da kirayədə yaşayırdılar. Onların itkin düşməsi ilə bağlı Səbail Rayon Polis İdarəsinin 41-ci polis bölməsinə müraciət edilib.

Bundan başqa, 41-ci polis bölməsinə “APM Engineering Baku” MMC-də çilingər-montajçı işləyən, Badamdar yolu , ev 134-də yaşayan Banqladeş vətəndaşları, 1979-cu il təvəllüdlü Salam Mahammed, 1983-cü il təvəllüdlü Quayam Abdul və Lahidul Labu naməlum şəratidə itkin düşüblər.

Onların tapılması üçün tədbirlər görülür.

Hacı Zeynalov


Müəllif: