16 Yanvar 2016 14:28
516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sərhəd Xidməti tərəfindən qeyri-leqal miqrasiya məqsəd­ləri ilə dövlət sərhədinin pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, yanvarın 15-də saat 02:30 radələrində Yardımlı rayonu­nun Deman kəndi ərazisindəki zastavanın xidməti sahəsində alınmış əməliyyat məlumatı əsasında həyata keçirilən tədbirlər nəticəsində dövlət sərhədindən qeyri-qanuni yolla İrana keçməyə cəhd göstərən 9 nəfər Banqladeş və 1 nəfər Hindistan vətəndaşı saxlanıl­ıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Müəllif: