18 Yanvar 2016 12:33
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaş rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Mahir Məhərrəmov tutulub.

Mahir Məhərrəmovdan 0,91 qram heroin, idarə etdiyi “VAZ-2107” markalı avtomobilə baxış zamanı isə 485 qram marixuana və 0,3 qram heroin aşkar edilərək götürülüb.

Oxşar əməliyyat Gəncə şəhərində də keçirilib. Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Qasımovdan 3 kiloqram 920 qram marixuana aşkarlanıb.

Hacı Zeynalov


Müəllif: