18 Yanvar 2016 15:35
420

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi törədən şəxs həbs edilib.

Teleqraf.com xəbər verir ki, yanvarın 15-də, saat 13 radələrində Cəlilabad rayonunun Göytəpə şəhərində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Aydan Abbaslı vurulub və o, xəstəxanaya yerləşdirilib.

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş “VAZ-2107” markalı avtomobilin sürücüsü - rayon sakini Mehman Babayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: