18 Yanvar 2016 15:57
521
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi istirahət günləri baş verən ağır yol-nəqliyyat hadisələri ilə bağlı açıqlama yayıb.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, respublikanın avtomobil yollarında 13 yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə 7 nəfər ölüb, 18 nəfər yaralanıb.

Məlumata görə, yanvarın 16-da saat 23 radələrində Sumqayıt şəhərində şəhər sakini Siyasət Bağırovun idarə etdiyi “VAZ-21015” və Bakı şəhər sakini Nizami Qocayevin idarə etdiyi “Chery” markalı avtomobillər toqquşub.

Nəticədə S.Bağırovun sərnişini, həmyerliləri Vüsal Orucov hadisə yerində ölüb, özü və digər 3 sərnişini xəstəxanaya yerləşdirilib.

Bundan başqa, Suraxanı rayonunun Hövsan qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakinləri Vüsal Şərifov və Selcan Adıgözəlzadə vurulub və onlar xəstəxanaya yerləşdiriliblər.

Suraxanı Rayon Polis İdarəsi əməkdaşları tərəfindən hadisənin “VAZ-2107” markalı avtomobilin sürücüsü Bakı şəhər sakini İbrahim Rufullayev tərəfindən törədilməsi müəyyən edilib.

Oxşar hadisə Yasamal rayonu ərazisində də qeydə alınıb. Yevlax rayon sakini Rövşən Əhmədov idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə yolu keçən 35-40 yaşlı qadını vurub.
Nəticədə piyada xəstəxanaya yerləşdirilib və orada ölüb.

Bərdə şəhərində rayon sakini Samir Nəbiyev idarə etdiyi “QAZ-33021” markalı avtomobillə yolu keçən həmyerlisi Rəsmiyyə Cəfərovanı vurub və o, hadisə yerində ölüb.

Yanvarın 17-də saat 06 radələrində Sumqayıt şəhərində şəhər sakini Rauf Vəliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Miryaqub İbrahimovu vurub. Xəstəxanaya yerləşdirilmiş M.İbrahimov orada ölüb.

Həmin gün, saat 20 radələrində Tovuz rayonunun İbrahimhacılı kəndində müəyyən edilməmiş avtomobillə yolu keçən kənd sakini İsfəndiyar Abbasov vurulub. O, xəstəxanaya yerləşdirilib.

Hacı Zeynalov


Müəllif: