19 Yanvar 2016 13:51
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda dələduzluq faktı qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, Gəncə şəhər sakini, 1965-ci il təvəllüdlü Maisə Talışova dələduzluqla üzləşməsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə ərizə ilə müraciət edib.

Maisə Talışova bildirib ki, 2015-ci ilin avqustun 2-də Xaçmaz rayon sakini, 1979-cu il təvəllüdlü Cəlal Məmmədov ipoteka düzəltmək adı ilə ondan 1000 ABŞ dolları alıb.

Cəlal Məmmədov vədinə əməl etməyərək, onu aldadıb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: