Qəbələ rayonunda yaşayış evində partlayış olub.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Aydınqışlaq kəndində qeydə alınıb.
Kənd sakini Yulət Cabbarovun evində təbii qazın sızmasından yanğına keçən ani partlayış baş verib.
Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, Y.Cabbarlının azyaşlı qızı Xədicə tüstüdən boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov