19 Yanvar 2016 14:38
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Sumqayıtda və Bakıda baş verən qətl hadisələri ilə bağlı açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, yanvarın 18-də Sumqayıt şəhərinin H.Zeynalabdin qəsəbəsində qəsəbə sakini Rəfiqə Ağayevanın küt alətlə qətlə yetirilmiş meyiti tapılıb.

Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni əmlak bölgüsü zəminində törətmiş qardaşı, əvvəllər məhkum olunmuş Şahbaz Xəlfəyev, arvadı Şəhla və oğlu, əvvəllər məhkum olunmuş İslam tutulublar.

Daha bir qətl hadisəsi yanvarın 19-da paytaxtda baş verib. Bakı şəhər sakinləri Janna Məhərrəmovanın və oğlu Aleksandr Məhərrəmovun küt alətlə qətlə yetirilmiş meyitləri Nərimanov rayonunun H.Məmmədov küçəsindəki mənzillərində tapılıb.

Bundan başqa, yanvarın 18-də Sabunçu qəsəbəsində yaşayan Faiq Xəlilov evində ailə-məişət münaqişəsi zəminində qardaşı Malikə bıçaqla xəsarət yetirib. O, könüllü olaraq 12-ci polis bölməsinə gələrək təslim olub. Xəstəxanaya yerləşdirilmiş Malik orada ölüb.

Hər üç faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: