19 Yanvar 2016 14:53
415

Bakının Xəzər rayonunda oğurluqla məşğul mütəşəkkil dəstənin üzvləri zərərsizləşdirilib.

Teleqraf.com xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbə sakinləri Sahil Mahmudov, İbrahim Miriyev və Murad Manafov tutulublar.

Onlar yanvarın 17-də Rövşən Dostiyevə məxsus “ZİL-131” markalı avtomobildən akkumulyator oğurlamaqda şübhəli biliniblər. Dəstə üzvlərinin başqa cinayətlərdə iştirak etmələri araşdırılır.

Hacı Zeynalov


Müəllif: