19 Yanvar 2016 16:01
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda məktəbli döyülüb.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Azadlıq prospekti 5 ünvanında yerləşən 160 saylı orta məktəbdə qeydə alınıb.

Naməlum şəxs həmin məktəbin 7-ci sinif şagirdi, 2003-cü il təvəllüdlü Zaur Əli oğlu Hüseynova yumruqla vuraraq, ona xəsarət yetirib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsində araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: