19 Yanvar 2016 16:45
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda polis maşınına hücum olub.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Əmircan qəsəbəsi, Ə.Əzimzadə küçəsində baş verib.

Bakı şəhər sakini, əvvəllər məhkum olunan 1992-ci il təvəllüdlü Ozal Həsən oğlu Əliyev heç bir səbəb olmadan Suraxanı rayon Polis İdarəsinin 21-ci polis bölməsinin əməliyyat qrupunu aparan “Fiat Dolbo” markalı 90 AP 504 nömrəli avtomobilə daş atıb. Onun atdığı daş avtomobilin şüşəsinə dəyib.

Avtomobilin şüşəsini sındıran Ozal Əliyev qaçmaq istəyib. Amma o, avtomobilin sürücüsü, polis serjantı Xansavur Əkbər oğlu Adıgəzəlov tərəfindən tutulub və polis bölməsinə gətirilib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: