19 Yanvar 2016 16:57
997
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda gecə klubunda iki qadın arasında mübahisə cinayətlə nəticələnib.

Teleqraf.com xəbər verir ki, hadisə M.Qardaşları küçəsi, 7 ünvanında yerləşən gecə klubunda baş verib.
Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Jalə Əliyeva və Qax rayon sakini, 1987-ci il təvəllüdlü Xəyalə Məcidova arasında əvvəlcə sözlə mübahisə yaranıb. Daha sonra onların mübahisəsi davaya çevrilib və onlar mübahisə zəminində bir-birlərini döyüblər.

Hər iki şəxs baş verən olayla bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinə müraciət ediblər.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: