21 Yanvar 2016 12:11
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda bıçaqlanma olub.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Ramana qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Namiq Qaraşov naməlum şəraitdə bıçaqlanıb. Onu kürək nahiyəsindən vurublar.

Namiq Qaraşov 3 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib. Həkimlər onun kürəyində iki bıçaq xəsarəti aşkar ediblər. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinin əməkdaşları cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilərək həbs edilməsi üçün tədbirlər görülür.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: