21 Yanvar 2016 13:05
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Pirallahı rayonunda cinayət hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Pirallahı qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1933-cü il təvəllüdlü Nazim Quliyevin yaşadığı S.Bağırov küçəsi, döngə 11, ev 7, mənzil 2 ünvanına naməlum şəxs basqın edib. Basqın edən şəxs ev sahibini döyüb, bıçaqla hədələyib.

Həmin şəxs Nazim Quliyevin 5 manatını, təqaüd kartını və mobil telefonunu götürək, hadisə yerindən qaçıb. Nazim Quliyev hadisə ilə bağlı Pirallahı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib.

Hazırda cinayəti törədən şəxsin müəyyən edilərək, tutulması üçün tədbirlər görülür. Məlumata görə, Nazim Quliyev həmin ünvanda tənha yaşayırmış.

Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: