21 Yanvar 2016 15:49
440
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonunda dəmir yolu stansiyasında quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, yanvarın 17-də Tovuz rayonunda yerləşən Qovlar dəmir yolu stansiyasında şəxsiyyəti məlum olmayan 3 nəfər Hacıqabul rayon sakini Şirinbala Əliyevə zor tətbiq edərək 227 manatını və mobil telefonunu alıb.

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakinləri Valeh Qafarov və Elşən Alıyev tutulublar.

Cinayəti törədənlərdən biri qaçsa da, polisin keçirdiyi əməliyyat nəticəsində o da müəyyən edilib. Bu qrupun digər üzvü Tovuz rayon sakini Zaur Hüseynovdur. O, da həbs edilib.

Hacı Zeynalov


Müəllif: