21 Yanvar 2016 21:56
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Siyəzən rayon sakini Elmin Musaxanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, məhkəmənin hökmü ilə Elmin Musaxanov 8 il müddətinə azadlıdan məhrum edilib.
Qeyd edək ki, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mağazadan oğurluq etmiş Siyəzən rayon Zarat kənd sakini, əvvəllər məhkum olunmuş Elmin Musaxanov tutulub.

Elmin Musaxanov Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə ittiham olunub.

Hacı Zeynalov


Müəllif: