22 Yanvar 2016 11:59
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaş rayonunda intihar hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Ağdaş rayon sakini, 1986-cı il təvəllüdlü Taleh Allahverdiyev yaşadığı evdə özünü asaraq ölüb.

Taleh Allahverdiyev iki uşaq atası olub. İntiharın hansı səbəbdən baş verdiyi hələki məlum deyil.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: