22 Yanvar 2016 12:11
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Cavadxan küçəsi, 36 ünvanında yerləşən mağazada qeydə alınıb.

Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Aytən Qəhrəmanova Nəsimim rayon Polis İdarəsinin 19-cu polis bölməsinə ərizə ilə müraciət edərək, özünə məxsus mağazadan oğurluq edildiyini bildirib.

O, qeyd edib ki, mağazada satıcı işləyən Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Flora Əmircanova mağazadan 1700 manat dəyərində geyim əşyaları oğurlayıb.

Faktla bağlı cinayət işi başlayıb.

Hacı Zeynalov


Müəllif: