22 Yanvar 2016 14:59
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda əyləncə mərkəzində cinayət hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Ə.Rəcəbli küçəsi 25 ünvanında yerləşən “Dərnəgül” əyləncə mərkəzində qeydə alınıb.

Astara rayon sakini, 1978-ci il təvəllüdlü Bəxtiyar Əhmədovun şalvarının cibindən 1200 manat oğurlanıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsində araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: