22 Yanvar 2016 15:58
497
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qusarda gəlinini gülləyərək öldürmək təqsirli bilinin 1938-ci il təvəllüdlü Amanxan Nəcəfovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, qətl hadisəsi bu ilin iyulun 25-də Qusar rayonu, Avaran kəndində baş verib. Kənd sakini 78 yaşlı Amaxan Nəcəfov gəlini, 38 yaşlı Sevinc Məmmədovanı ov tüfəngi ilə bir dəfə atəş açaraq, öldürüb. Hadisəni ailə münaqişəsi zəminində törədildiyi bildirilib. Hadisəni törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Amanxan Nəcəfov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: