22 Yanvar 2016 22:51
535
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda mağazadan oğurluq edən şəxslər həbs edilib.

Teleqraf.com xəbər verir ki, yanvarın 19-na keçən gecə Şəmkir şəhərində şəhər sakini Səməd Rzayevə məxsus mağazadan qapını sındırmaq yolu ilə 100 manat, 4 ədəd mobil telefon və danışıq kartları oğurlanıb.
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakinləri Emin Səfərli və Fərid Mustafazadə tutulublar.

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların həmin gün şəhər sakini Bəxtiyar Bilalova məxsus dönərxanadan 3 ədəd mobil telefon oğurlamaları da müəyyən edilib.

Hacı Zeynalov


Müəllif: