9 İyun 2014 14:58
2 734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatala və Şəmkir rayonları ərazisindən yabanı halda bitmiş çətənə kolları aşkar edilərək məhv edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən Zaqatala Hava Limanının ərzisindən yabanı halda bitmiş, çəkisi 567 kiloqram olan 1985 ədəd, Şəmkir rayon Polis Şöbəsi və Şəmkir Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən Əliyaqublu kəndi ərazidən yabanı halda bitmiş, çəkisi 933 kiloqram olan 23000 ədəd çətənə kolu aşkar ediblər. Narkotik bitkilər məhv edilib.

Hacı Zeynalov


Müəllif: