23 Yanvar 2016 23:55
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Sumqayıtda qətlə yetirilən 24 yaşlı Səbinə Cavanşir qızı Salayevanın qətlində şübhəli bilinən bir nəfər saxlanıb.

Bu barədə ANS PRESS-ə Sumqayıt şəhər prokurorluğundan məlumat veriblər. Məlumata görə, qətldə şübhəli şəxs qismində saxlanan olsa da, onun qətli törətməsi sübuta yetirilmədiyi üçün vətəndaşın adı hələlik cəmiyyətə açıqlanmır. Onun təqsiri sübuta yetirildiyi və barəsində həbs qətimkan tədbiri seçildiyi zaman həmin şəxsin adı ictimaiyyətə açıqlanacaq.

Daxili İşlər Nazirliyi də baş verən qətl hadisəsi ilə bağlı ilkin məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yanvarın 22-də Sumqayıt şəhərinin Corat qəsəbəsində yaşayan Səbinə Salayevanın evində Bakı şəhər sakini, tanışı, əvvəllər məhkum olunmuş Cəfər Ağayev münaqişə zəminində ona bıçaqla çoxsaylı xəsarətlər yetirib. Daha sonra qətli törədən şəxs hadisə yerini tərk edib.

Hazırda Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Qətl hadisəsi ötən gün günorta saatlarında Sumqayıtın Corat qəsəbəsindəki yaşayış evlərindən birində qeydə alınıb. Qəsəbə sakini 1992-ci il təvəllüdlü Səbinə Cavanşir qızı Salayevanın yaşadığı evdə cəsədi tapılıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının hadisə yerində apardığı araşdırmalar nəticəsində qızın bıçaqla qətlə yetirildiyi məlum olub.

Faktla bağlı Sumqayıt Şəhər Prokrurorluğunda cinayət məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

24 yaşlı qıza 26 bıçaq zərbəsi endirildiyi bildirilir.


Müəllif: