24 Yanvar 2016 01:25
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə döyülmə faktı qeydə alınıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1973-cü il təvəllüdlü Tünzalə Məmmədova bədənin müxtəlif hissələrinin əzilməsi xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Qadına dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, qadın boşandığı əri və onun ikinci həyat yoldaşı tərəfindən döyülüb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Müəllif: