9 İyun 2014 15:14
950
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazax rayon sakinin qadınları fahişəliyə cəlb etməsi aşkar olunub. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən məlumat verilib.

Məlumata görə, idarə əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Qazax rayon sakini, 1972-ci il təvəllüdlü Nəzakət Kərimova həbs edilib. Nəzakət Kərimovanın qadınları fahişəliyə cəlb etməsi müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: