24 Yanvar 2016 22:21
361

Xaçmaz şəhərində qadın meyiti tapılıb.

APA -nın şimal bürosunun verdiyi məlumata görə, şəhərin Bakı prospektində aşkar edilmiş 35 -40 yaşlı qadın cəsədinin şəxsiyyəti hələ ki məlum deyil.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit tibbi ekspertizadan keçirilməsi üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib.


Ölümün səbəbi ekspertizanın nəticələrindən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: