25 Yanvar 2016 13:11
370

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Kamal Əhmədov və Mansur Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.

Hökmə əsasən Mansur Əhmədov 7 il 6 ay, Kamal Əhmədova isə 7 il müddətinə şərti cəza verilib. Onların barəsində 2 il sınaq müddəti təyin edilməklə məhkəmə zalından azadlığa buraxılıblar.

Qeyd edək ki, hər iki şəxs Bakı şəhər sakininin etimadını qazanaraq ondan 100 min manat alaraq dələduzluq ediblər. Əhmədovlar Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddələri ilə ittiham ediliblər.

Onu da qeyd edək ki, məhkəmə dövründə zərərçəkən şəxsə dəymiş ziyan ödənilib və şikayətçi olunmayıb.

Hacı Zeynalov


Müəllif: