25 Yanvar 2016 13:41
407

Sabunçu rayonunda yanğın hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Maştağa qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Tural Yasinova məxsus evdə yanğın baş verib.

Nəticədə evin yanar konstruksiyaları yanıb, tüstüdən zəhərlənmiş Tural Yasinovun həyat yoldaşı Ramilə və azyaşlı qızı Fatiməyə hadisə yerində ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: